USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Sony” dünyanın ən böyük musiqi yayımçısı olacaq

22.05.2018 İqtisadiyyat
0 0
“Sony” “EMİ” musiqi yayımçısından aldığı hissə ilə Quenn və Karol Kinqdən Alisiya Keys və Farel Viliamsa qədər bir çox müğənninin 2 milyon mahnısına nəzarət edəcək

"Kommersant.az" xəbər verir ki, 2,3 milyard dollar dəyərində olan müqavilə ilə "Sony" dünyanın ən böyük musiqi yayımçısı olacaq.

"Sony"nin yayım biznesinə "Beatles"ın kataloqu da daxil olmaqla 2,3 milyon trek daxildir.

"Biz "EMİ" musiqi yayımçısını "Sony" ailəsinə gətirməklə musiqi yayımçılığı sənayesində bir nömrəli mövqeyimizi qoruduq", - deyə, şirkətin icraçı direktoru Keniçiro Yoşida deyib.

"Sony" "Mubadala" investisiya şirkətindən hissələri almaqla, "EMİ"dəki payını 30%-dən 90%-ə yüksəldib.

"Sony" eyni zamanda qarşıdakı 3 il üçün biznes strategiyasını və maliyyə hədəflərini açıqlayıb. Yaponiya nəhəngi elektronika, əyləncə və maliyyə xidmətləri üzərində diqqəti cəmləməyə davam edəcək.

  • Əvvəlki

    "Sberbank" "Dənizbank"dakı hissələrini satdı

Digər xəbərlər