USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ölkədə ƏDV aşağı salındığı üçün Apple məhsulları ucuzlaşıb

02.04.2019 İqtisadiyyat
0 0
"Kommersant.az"-ın "bloomberg"ə istinadən verdiyi məlumata görə Apple Çindəki onlayn mağazasında iPhone, iPad, Mac və AirPods qurğularının qiymətlərini təxminən 6% azaldıb.

Bu, ölkədə ƏDV-nin azalması ilə əlaqədar olmuşdur.Xatırladaq ki, dördüncü rübdə Apple şirkətinin gəliri 5 milyard dollar düşüb, qiymətlərdə müşahidə olunan ucuzlaşma da bununla bağlı olmuşdur. 1 apreldən etibarən Çinin Tmall və JD.com riteylerləri də şirkətin məhsullarının qiymətlərini kəsmişdir. Hal-hazırda, Çinin xarici istehsalçıları üçün ƏDV 16% yerinə 13% təşkil edir. Ayın başlanğıcından etibarən, iPhone XR smartfonunun qiyməti 29 mart tarixinə nisbətən 4,6% azalıb.

Hong Kong və Tayvan da daxil olmaqla, 2018-ci ilin dördüncü rübündə Çinin payına Apple gəlirlərinin təxminən 15% -i düşür. Buna baxmayaraq, Apple-ın Çin bazarında gəlirləri 13,17 milyard dollardan 9 milyard dollara qədər azalmışdır.

Bloomberg-in daha əvvəl verdiyi məlumata görə, Apple dünyanın ikinci ən gəlirli şirkəti hesab olunur (59,5 milyard dollar), "Saudi Aramco" isə bu siyahıda 111,1 milyard dollarlıq xalis mənfəətlə birinci yer almışdır.

  • Əvvəlki

    Xarici valyutaların manata qarşı məzənnələri

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0