USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tənqidlərə dözməyən nazir istefa verdi

11.04.2019 İqtisadiyyat
0 0
2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilinə məsuliyyət daşıyan nazir Yositak Sakurada istefa verib.

"Posta.az"ın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, nazir bu qərarı çoxsaylı tənqidlərə səbəb olan və ictimaiyyətdən üzr istəməsi ilə nəticələnən bir sıra qeyri-münasib sözlərdən sonra qəbul edib.

"Mən dilə gətirdiyim sözlərə görə məsuliyyət daşıyıram. Baş nazir Sindzo Abeya istefam barədə ərizə yazmışam", - deyə nazir bildirib.

Hökumət rəhbəri isə onun istefasını qəbul edib. Bu posta müvafiq vəzifəni 2017-2018-ci illərdə icra edən Syuniti Suzuki təyin edilib.

Qeyd edək ki, Sakuradanın müxalifət partiyaları tərəfindən tənqid olunmasına səbəb eks-nazirin hakim "Liberal-demokratik" partiyasının deputatı Hinako Takahasinin şərəfinə təşkil olunmuş tədbirdə onun əleyhinə səsləndirdiyi fikirlər olub. Belə ki, Olimpiada işləri üzrə keçmiş nazir 2011-ci il zəlzələsində ciddi xəsarət alan Takahasidən kinayəli şəkildə danışaraq onun səhhətinin prosesin bərpasından daha vacib olduğunu deyib.

Bu məqamda bildirək ki, Tokioda növbəti Yay Olimpiada oyunları 24 iyul-9 avqust, Paralimpiada isə 25 avqust-6 sentyabr tarixlərində keçiriləcək.

  • Əvvəlki

    Bankda işləmək istəyənlər üçün - VAKANSİYA

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0