"Lada" 20 il sonra yenidən bu bazara geri döndü

24.05.2018 Dünya
“AvtoVaz” 20 illik fasilədən sonra Çili bazarlarına qayıdıb

"Kommersant.az" xəbər verir ki, bu barədə şirkətin yaydığı rəsmi açıqlamada deyilir.

“Lada 20 illik fasilədən sonra Çilidə satışları bərpa edir. Bu gün satışa çıxarılan avtomobillər alıcılara tanışdır. Şimali Amerikada yaxşı tanınan üçqapılı “Lada4x4”, eyni zamanda “Lada Kalina Cross”, “Lada Granta” və furqonlu “LadaLargus” alıcılara təqdim ediləcək”, - deyə, məlumatda bildirilib.

“Lada”nın yeni avtosalonu Çilinin paytaxtı Santiaqoda açılır. 2018-ci ildə Çili 400 “Lada” avtomobili satmağı planlaşdırır.

Qeyd edilib ki, Çilidə yenidən satışların başlanması yerli bazarın inkişafı zamanına təsadüf edir. 2016-cı illə müqayisədə 2017-ci ildə Rusiyada avtomobil satışı 17,9% artıb.