USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Londonda 100 milyon dollarlıq üç mənzilinə həbs qoyulan “tanınmış siyasi fiqur” kimdir…

30.05.2019 İqtisadiyyat
0 0
Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərinin həyat yoldaşı Zamirə Hacıyevadan sonra Britaniya hakimiyyəti Londonda ümumilikdə 80 milyon funt sterlinq dəyərində üç daşınmaz əmlakı olan şəxsdən tələb edib ki, alışlara xərclədiyi vəsaitlərin mənbəyini izah etsin.

"Kommersant.az" xəbər verir ki, istintaq "çirkli pullar"a qarşı qanun çərçivəsində başlanıb.

Məlumata əsasən, Böyük Britaniyanın cinayıtkarlıqla mübarizə üzrə milli agentliyi (NCA) Londonda bu üç obyektin hansı pullarla alındığını araşdırır. Hüquq-mühafizə orqanları güman edirlər ki, əmlak qanunsuz yollarla əldə edilmiş vəsait hesabına alına bilərdi. Bu gün qurumdan bildirilib ki, Britaniya paytaxtının Yüksək Məhkəməsi əmlakların sahibini gəlirlərinin mənbəyini açmağa mükəlləf edib. Bundan əlavə, məhkəmə əmlakın üzərinə həbs qoyub: istintaqın getdiyi dövrdə onu satmaq, bağışlamaq və ya bölmək olmaz.

Söhbətin hansı obyektlərdən getdiyini və onların sahibinin kim olduğunu agentlik açıqlamır. Yalnız o bildirilir ki, əmlak "ciddi cinayətlərdə iştirakının olmasında şübhəli bilinən, siyasi cəhətdən əhəmiyyətli şəxs"lə bağlıdır. NCA əlavə edir ki, hər üç obyekt Londonun "nüfuzlu rayonlar"ında yerləşir, ümumi qiymətləri 80 milyon funt sterlinqdir və ofşorlar vasitəsilə idarə olunub.

NCA "çirkli pullar"a qarşı qanunların qüvvəyə minməsindən sonra gəlirlərin açıqlanmasına ikinci dəfədir ki, order almağa müvəffəq olur. Bu qanunlar "MakMafiya qanunları" (McMafia laws) kimi tanınır. Onlar ötən ilin əvvəllərində qüvvəyə miniblər və müstəntiqlərə imkan verirlər ki, Avropa iqtisadi zonasına daxil olmayan ölkələrin nüfuzlu siyasətçilərinin gəlir mənbələrini araşdıra bilsinlər.

NCA-in məlumatında deyilir ki, ilk dəfə order 2018-ci ilin fevral ayında verilib və həbs edilmiş azərbaycanlı bankir Cahangir Hacıyev və onun arvadı Zamirənin mülkiyyətində olduğu hesab edilən Londondakı iki yaşayış sahəsinə aiddir. NCA-in tərkib hissəsi olan Milli iqtisadi cinayətlər mərkəzinin baş direktoru Qrem Buqqarın sözlərinə görə, elit daşınmaz əmılakın alışı əksər hallarda pulların yuyulması üçün istifadə olunur.

//Virtualaz.org