USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran ABŞ-a qarşı olan davranış strategiyasını dəyişir

02.07.2019 İqtisadiyyat
0 0
Tehran Vaşinqtonun hazırladığı ssenarini dəyişir: iranlılar məhdudlaşdırma strategiyasından imtina edərək, provokasiya edici fəaliyyətə başlayırlar.

"Kommersant.az" xəbər verir ki, 2018-ci ilin mayında İran ABŞ-ın nüvə razılaşmasından çıxmasına reaksiya verərək, Vaşinqtonun maksimum təzyiq kampaniyasına müqavimət göstərməyə başlayıb. 2019-cu ilin mayında Tehran nüvə, regiona və diplomatik cəbhələrdə davranış strategiyasını dəyişməyə qərar verib.

Müşahidəçilərin fikrincə, İran öz mövqeyini möhkəmləndirmək və gələcəkdə Tramp administrasiyası ilə keçirilən danışıqlarda müəyyən üstünlüklər əldə etmək istəyir.

İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfiri Majid Takht Ravançı, BMT Təhlükəsizlik Şurasının 26 iyunda keçirilmiş yığıncağından sonra bu məsələ ilə bağlı öz fikrini bildirib: "ABŞ-ın maksimum təzyiq bölgəmizdə şiddət və gərginlik yaradır".

Ravançı ABŞ ilə gələcək dialoqları istisna etmir, amma şübhəsiz ki, ölkələr arasındakı atmosfer razılaşma üçün əlverişli deyil.

İranın öz strategiyasını dəyişməsi, bu ölkələri real hərbi münaqişəyə daha da yaxınlaşdırmış olub. İyun ayının 21-də İran amerikan kəşfiyyat təyyarəsini vurduqdan sonra, təhlükə daha ciddi görünməyə başladı.

Siyasətdə baş verən dəyişiklər Tramp administrasiyasının may ayının əvvəllərində İran neftinin idxalına dair müqaviləyə dəyişiklər etməsi ilə üst-üstə düşmüş olub. Xatırladaq ki, daha əvvəl səkkiz ölkəyə İran neftini almaq icazəsi verilmişdir, may ayının 2-də bu müddəanın müddəti başa çatıb.

"Bu, diplomatiya deyil, – deyə Ravançı bildirib. – Qərar verin: dialoq, yoxsa münaqişə. ABŞ-ın xarici siyasəti tutarsızlıqlardan əziyyət çəkir".

"Hesab edirəm ki, may ayına kimi iranlılar çox səbir etdilər və bu kampaniyanın ölkənin iqtisadiyyatına, siyasətinə və təhlükəsizliyinə göstərdiyi təsiri qiymətləndirdilər", – deyə "European Council on Foreign Relations" in eksperti olan Ellie Geranmayeh bildirib. – May ayında ABŞ İrana qarşı faktiki olaraq neft embarqosunu tətbiq etdikdən sonra, siyasi rəhbərliyin səbri tükəndi".

İranın ABŞ-ın maksimum təzyiq kampaniyasına qarşı çıxması böyük ehtimalla mərhələli olacaq, lakin münaqişənin genişlənməsi riski yenə də var ", – deyə "International Crisis Group" un direktoru Ali Waez bildirib.

"İran Tramp administrasiyasının iqtisadi məhdudiyyətləri bir qədər azaltmasını istəyir, bunun qarşılığında biz amerikan məhbuslarını azadlığa buraxacağıq. Beləliklə, tərəflər danışıqları davam etdirə biləcəklər".

"2020-ci il prezident seçkilərində Tramp tərəfdarları iki ölkə arasındakı gərginliyin artmasını müşahidə edərək, Yaxın Şərqdə daha bir "əbədi" müharibənin başlamasından ehtiyat edirlər. İran tərəfi ümid edir ki, mübahisənin genişlənməsi ölkənin mövqeyini möhkəmləndirəcək və gələcəkdə həll yolunu tapmaqda kömək edəcək".

İranın Amerika tərəfi ilə hər hansı danışıqlara başlamadan əvvəl, amerikalıların diplomatik bir qərara hazır olduğunu təsdiqləmələri lazımdır. Onlar üçün bu təsdiq sanksiyaların zəiflədilməsidir".

Banker.az