USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub

12.07.2019 İqtisadiyyat
0 0
Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

"Kommersant.az" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov məlumat verib.

O, təşəbbüsün Ukrayna tərəfindən gəldiyini və telefon söhbətinin bu ölkənin yeni dövlət başçısı ilə ilk təmas olduğunu bildirib.

"Söhbət zamanı Ukraynanın cənub-şərqindəki münaqişənin həlli, hər iki tərəfdə saxlanılan şəxslərin qaytarılması üçün qarşılıqlı addımlar müzakirə olunub", - deyə Kremldən qeyd olunub.

Tərəflər Normandiya formatında təmasların davam etdirilməsi imkanlarına dair də fikir mübadiləsi aparıblar.

  • Əvvəlki

    Milyonları götürüb qaçan kassir qadın üçün insanlar pul toplayır

Digər xəbərlər