USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zelenskidən radikal addım: 11 səfir geri çağrıldı

19.07.2019 İqtisadiyyat
0 0
Ukrayna Prezidenti Vladimir Zelenski islahatlara davam edir.

"Kommersant.az" xəbər verir ki, yeni dövlət başçısı 11 səfiri işdən uzaqlaşdırıb.

Bunların arasında Ukraynanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Valeri Çalıy da var.

Bundan başqa, Mərakeş, Argentina, Paraqvay, Uruqvay, Çili, Ermənistan, İordaniya, CAR, Türkmənistan, Kipr, Vyetnam, Kamboca və bir sıra Afrika ölkələrindəki nümayəndələr də geri çağrılıb.

Sonuncu prezident seçkilərində qələbə qazandıqdan sonra ölkədə kəskin islahatlar keçirən V.Zelenski ilk olaraq Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin rəisini işdən azad etmişdi. Bundan başqa, Yüksək Rada bir neçə dəfə Xarici İşlər naziri Pavel Klimkinin azad olunması ilə bağlı təklifi səs çoxluğu ilə rədd edib.