USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

1 bakal pivə 14 AZN

23.07.2019 İqtisadiyyat
0 0
İslandiya turizm baxımından Avropanın ən bahalı ölkəsi seçilib.

"Kommersant.az" "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə "Eurostat" yazıb.

Belə ki, 2018-ci ildə adada istehlakçılar üçün nəzərdə tutulan qiymətlər digər Avropa ölkələrinə nisbətən 56 % yuxarı olub. İslandiya İsveçrəni (52 %), Norveçi (48 %) və Danimarkanı (38 %) geridə qoyub.

Avropanın ən bahalı ölkələri siyahısında ilk onluqda İrlandiya, Lüksemburq, Finlandiya, İsveç, Böyük Britaniya və Niderland da yer alıb.

"Daily Mail" nəşrinin məlumatına görə, İslandiyaya səfər edən turist kafedə bir bokal şəraba 10-17 avro (19.11 - 32.49 AZN), bir bakal pivəyə isə 7 avro (13.38 AZN) verməli olacaq. İki nəfərlik nahar yeməyi ortalama qiymətlə 85 avroya (162.41 AZN) başa gələcək.

  • Əvvəlki

    İş axataranların nəzərinə: - Daxili İşlər Nazirliyi işçi axtarır

Digər xəbərlər