USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni daxili işlər naziri - İSTEFA VERDİ

31.07.2019 İqtisadiyyat
0 0
Yeni daxili işlər naziri Nikolay Moqa vəzifəsində cəmi 6 gün qalıb.

"Kommersant.az" xəbər verir ki, Rumıniya prezidenti Klaus Yohannis Moqanı iyulun 24-də vəzifəyə təyin etmişdi. Aleksandra Meçeşanunun başına gələnlər daxili işlər nazirinin də karyerasına son qoyub.

Yaşadığı Karakal şəhərində oğurlanan 15 yaşlı qız bundan bir az sonra Daxili İşlər Nazirliyinin 112 qaynar xəttinə zəng vuraraq, başına gələnlər haqqında məlumat vermişdi. Amma hüquq-mühafizə orqanları vəzifəsinin öhdəsindən lazımınca gələ bilməyib. Aleksandranın saxlandığı yeri yalnız 19 saat sonra müəyyənləşdiriblər. Oranı tapanda yeniyetmənin öldürüldüyünü görüblər.

Hadisə Rumıniyada böyük rezonans doğurub. Düzdür, cinayətkar ələ keçib. Qızı yaşlı kişinin oğurladığı məlum olub. Amma insanlar yenə də sakitləşmir. Buna görə də Moqa təcili istefa verib.