SON DƏQİQƏ! Türkiyədə dəhşətli terror aktı — Ölülər və yaralılar var - VİDEO

13.09.2019 Dünya
Türkiyənin Diyarbəkir vilayətində sərnişin avtobusu minaya düşüb.

DHA agentliyinin məlumatına görə, minanın işə düşməsi nəticəsində nəqliyyat vasitəsi idarəetmədən çıxaraq, dərəyə aşıb . Çox sayda ölü və yaralının olduğu bildirilir. Xəstəxanaya yerləşdirilən yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisədən dərhal sonra əraziyə çox sayda xilasedici və təhlükəsizlik əməkdaşları cəlb edilib. Partlayıcı qurğunun PKK terrorçuları tərəfindən yol kənarına yerləşdirildiyi bildirilir. (Redaktor.az)