USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranda təyyarə qəzaya uğradı - 110 nəfər...

01.02.2020 İqtisadiyyat
0 0
Bu gün səhər "IranAir" Hava Yolları Şirkətinə məxsus Airbus sərnişin təyyarəsi qəzaya uğrayıb.

"Kommersant.az" bildirir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Rza Cəfərzadə deyib.

Onun sözlərinə görə, Tehran-Kirmanşah təyyarəsi Kirmanşah aeroportunda eniş edərkən ön təkərdə nöqsan yarandığına görə zolaqdan çıxıb.

Cəfərzadə əlavə edib ki, qəzada kimsə yaralanmayıb və 102 sərnişin, 8 nəfərlik ekipaj heyəti aeroporta nəql olunub.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı 11 yanvar səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.

Əlavə edək ki, 27 yanvarda da İranın Xuzistan vilayətində İranın Caspian Hava Yollarına məxsus Boeing sərnişin təyyarəsi eniş zolağından çıxaraq qəzaya uğrayıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb.

  • Əvvəlki

    41 min nəfər əhaliyə şad xəbər - Prezident sərəncam imzaladı

Digər xəbərlər