USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təyyarə qəzasında yaralanan sərnişin həmin anları belə xatırladı - Video

06.02.2020 İqtisadiyyat
0 0
"Təyyarə uçuş zolağına yaxınlaşarkən titrədi, eniş edəndən sonra da titrəməyə davam etdi və bundan sonra hər şey 2-3 saniyədə baş verdi. Təyyarə enməyə başladı və ikiyə bölündü”.

"Kommersant.az" DHA-ya istinadən xəbər verir ki, bu sözləri dünən İstanbulun Sabiha Gökçən havalimanında baş verən təyyarə qəzasının şahidlərindən biri Yunus Almacı deyib.

Hadisədən yaralı olaraq xilas olan Yunus Almacı yaşadıqlarını belə xatırlayıb:

"Təyyarəmiz İzmirdən 16:40-da qalxmalı idi. Ancaq uçuşumuz qırx dəqiqə gecikmə ilə başladı. Hava bir az yağışlı idi. Təyyarə uçuş zolağına yaxınlaşarkən titrədi, eniş edəndən sonra da titrəməyə davam etdi və bundan sonra hər şey 2-3 saniyədə baş verdi. Təyyarə enməyə başladı və ikiyə bölündü. Sərnişinlərin bəzisi təyyarənin bölünən yerlərindən, bəziləri qapılardan çıxdı. Mən qanadda idim, 26 B yerimdə olduğunu düşünürəm, dəqiq xatırlaya bilmirəm. Arxa qapıdan çıxdım. Öz vasitəmizlə çıxdıq. Çıxış yolunda bir neçə nəfərə kömək etdik".

Xatırladaq ki, bir gün əvvəl baş verən qəzada İzmirdən gələn bir layner eniş zamanı uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb. Ümumilikdə təyyarədə 183 nəfər - 177 sərnişin, o cümlədən 2 uşaq və 6 ekipaj üzvü olub. Hadisə nətiicəsində 3 nəfər həlak olub, 179 nəfər xəsarət alıb.

  • Əvvəlki

    Kamil Musəvi ilə Fəzail Ağamalı üz-üzə gəldi, ara qarışdı - VİDEO

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0