USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya vətəndaşı olmaq üçün prosedur sadələşirildi

07.02.2020 İqtisadiyyat
0 0
Xarici vətəndaşların Rusiya vətəndaşlığı almaları üçün prosedur sadələşdirilir.

"Kommersant.az" xəbər verir ki, bu barədə kommersant.ru saytı məlumat yayıb. Məlumata görə, hökumət "Rusiya Federasiyasının vətəndaşlıq haqqında" qanuna müvafiq dəyişiklik edilməsi ilə bağlı layihə hazırlayır. Yeni qaydalara görə, xaricilər başqa bir ölkənin pasportundan imtina etmədən Rusiya vətəndaşlığı ala biləcəklər.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Daxili işlər nazirliyi Belarus və Ukrayna vətəndaşlarının rus dili müsahibəsindən azad edilmələri barədə təklif irəli sürmüşdü. Artıq bununla bağlı da layihələr yazılıb. Bundan əlavə Ukrayna, Belarus, Qazaxıstan və Moldova vətəndaşlarına yaşayış icazəsi aldıqdan sonra Ruisya vətəndaşlığını ala bilmələri də təkliflər sırasında idi.

  • Əvvəlki

    DİN Kamil Musəvi ilə bağlı araşdırmaya başladı

Digər xəbərlər