USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Çin vətəndaşlarını ölkəyə buraxmayacaq - RƏSMİ

19.02.2020 İqtisadiyyat
0 0
Çin vətəndaşlarının Rusiyaya buraxılması qadağan olunub.

"Kommersant.az" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazir Mixail Mişustin sərəncam verib.

Giriş fevralın 20-dən tam bağlanır. Bu tarixdən başlayaraq Rusiya ərazisinə Çin vətəndaşlarının turistik, şəxsi yaxud iş məqsədi ilə səfərləri qadağan olunur.

Qadağalar 2019-cu ilin dekabrından başlayaraq Çində tuğyan edən koronavirusun yayılmasının qarşısını almaq üçün atılıb.