USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Gürcüstanda yeni layihələrdə iştiraka dəvət olundu

28.02.2020 İqtisadiyyat
0 0
Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava Bakıda İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.

"Kommersant.az"ın xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi məlumat yayıb.

N.Turnava bildirib ki, Azərbaycan və Gürcüstan, həmçinin iki ölkənin iqtisadiyyat nazirlikləri arasında olduqca sıx işgüzar və dostluq münasibətləri qurulub:

"Bu münasibətlər birgə layihələrin inkişafı və Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələrin tamamlanmasının sürətlənməsinə imkan verir".

Nazir Azərbaycan tərəfi ilə tamamilə yeni layihələr barədə müzakirə aparıldığını da qeyd edib: "Bu layihələr Qara dənizi əhatə edir. Maraqlı layihələrdə Azərbaycanın müvafiq dövlət qurumları və ya özəl sektoru iştirak edə bilər. Bu da öz növbəsində "Orta dəhliz"in rəqabətliliyinin yüksəldilməsinə xidmət edə bilər".

Report

  • Əvvəlki

    Mikayıl Cabbarov: “Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırır”

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0