USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyadakı çimərliklərin yarısı su altında qala bilər - ARAŞDIRMA

04.03.2020 İqtisadiyyat
0 0
XXI əsrin sonuna yaxın qlobal istiləşməyə görə qum çimərliklərinin yarısı dəniz səviyyəsinin qalxması ilə əlaqədar su altında qala bilər.

"Kommersant.az" "Nature"yə istinadən xəbər verir ki, bu nəticəyə İtaliya, İspaniya, Portuqaliya və Niderlandın alimləri gəlib.

"Qum çimərlikləri fırtına və sellərə qarşı müdafiənin ön xəttidir, çünki onlar şiddətli külək və güclü dalğaların qarşısını kəsirlər", - araşdırmanın müəllifləri bildirib.

Alimlərin fikrincə, XX əsrdə dəniz səviyyəsi 17 santimetr qalxıb, XXI əsrin sonunadək isə daha 65 santimetr qalxa bilər. Bunun fəsadları sahilyanı bölgədə yaşayan, demək olar ki, milyard insana toxunacaq.

Dəniz səviyyəsinin qalxması, ilk növbədə, ada dövlətlərə, uzun sahil xətti olan ölkələrə və alçaq səviyyədə olan ərazilərə (məsələn, Banqladeş və Niderland) təsir edəcək.

Report

  • Əvvəlki

    Dövlət başçısı: “İki ayda vergi və gömrük orqanları büdcəyə 250 milyon manat əlavə vəsait daxil edib”

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0