USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-dan İsrailə 2,4 milyardlıq satış

04.03.2020 İqtisadiyyat
0 0
ABŞ Dövlət Departamenti İsrailə 2,4 milyard dollarlıq yük təyyarəsi, Mərakeşə isə 239 milyon dollar dəyərində ağır hərbi iş texnikasının satışına icazə verib.

"Kommersant.az" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb. Açıqlama qeyd olunub ki, İsrailə 8 ədəd KC-46 tipli təyyarə, Mərakeşə də 25 ədəd "HERCULES" adı ilə tanınan M88-A texnikası satılacaq.

ABŞ Konqresi etiraz etməsə, satış prosesi 1 ay ərzində tamamlanacaq.