USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukraynanın yeni baş naziri nə vəd edir? - ŞƏRH

05.03.2020 İqtisadiyyat
0 0
"Kabinetdə ciddi dəyişiklər olacaq”.

"Kommersant.az" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ukraynanın Baş naziri Aleksey Qonçarukun istefasından danışarkən deyib.

Elxan Şahinoğlu istefanın səbəbi kimi baş nazirin gizli yayılan səs yazısında prezidentin iqtisadiyyatdan başı çıxmaması ilə bağlı söylədiyi fikirlərin əsas olduğunu deyib:

"Ukraynada baş nazir kreslosunda oturanın bu vəzifədə təxminən 16 aylıq ömrü var. Bu gün Ukraynanın 35 yaşlı baş naziri Aleksey Qonçaruk istefa verdi. Qonçaruk işinə yaxşı başlamışdı, müəyyən uğurları var idi. Ancaq prezident Vladimir Zelenski son aylarda Qonçarukdan narazı idi. Qonçarukun gizli yayılan səs yazısında prezidentin iqtisadiyyatdan başı çıxmadığını söyləməsi də onun mövqelərini zəiflədi. Qonçaruk Ukraynanın əsas oliqarxı İqor Kolomosyki ilə nifaq içində idi. Nəticədə Qonçaruk istefa verməyə məcbur oldu".

Elxan Şahinoğlu Ukraynanın Denis Şmıqalın yeni baş nazir təyin edildiyini deyib:

"O, bu vəzifəyə qədər baş nazirin müavini idi. Hakim "Xalqın xidmətçisi" partiyası Şmıqalın Baş nazir seçilməsinə səs verdi. Şmıqalın Baş nazir seçilməsi üçün 226 səs gərəkdiyi halda o, 291 səs aldı. Şmıqal parlamentdə ilk çıxışnda ikən maaş və pensiyaları artıracağını vəd etdi. Vladimir Zelenskiyə də elə bu lazımdır. Kabinetdə ciddi dəyişiklər olacaq. Çoxları dəyişsə də, erməni əsilli Daxili İşlər naziri Arsen Avakov vəzifəsini yenə də qorudu".

  • Əvvəlki

    Bakıda ölümə səbəb olan iş adamı azadlığa buraxıldı

Digər xəbərlər