USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp yenə koronavirusla bağlı İrana yardım təklif etdi: “Qəbul edərlərsə...”

05.03.2020 İqtisadiyyat
0 0
ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikasının təklifi qəbul edəcəyi təqdirdə Birləşmiş Ştatların İrana koronavirusun yayılması ilə mübarizədə kömək edə biləcəyini deyib.

"Kommersant.az" xəbər verir ki, o, bu barədə "Fox News"a verdiyi müsahibədə bildirib.

Trampa görə, Birləşmiş Ştatlar koronavirusla çox uğurlu mübarizə aparır və Maykl Pensin rəhbərlik etdiyi mükəmməl koronavirus qrupu var. Amerika lideri ABŞ-ın dünyada ən yaxşı həkimlərə sahib olduğunu da qeyd edib. O, ABŞ-ın bu xəstəliyə qarşı mübarizədə bir çox ölkəyə kömək etdiyini və yeni koronavirusun təsirinə məruz qalan İrana da kömək edə biləcəyini ifadə edib.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo Amerika tərəfinin İrana koronavirusla mübarizədə yardım təklif etmiş, lakin İran Xarici İşlər Nazirliyi Vaşinqtonun təklifini gülünc adlandırmışdı.

Xatırladaq ki, Çindən kənarda koronavirusa ən çox yoluxanlar Cənubi Koreya, İran və İtaliyada qeydə alınıb.

  • Əvvəlki

    Ukraynanın yeni baş naziri nə vəd edir? - ŞƏRH

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0