USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə məktəblər, universitetlər martın 16-dan tətilə bağlanacaq

13.03.2020 İqtisadiyyat
0 0
Türkiyənin bütün təhsil müəssisələri 16 mart tarixindən tətilə buraxılacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə Türkiyə Prezidetntinin mətbuat katibi İbrahim Qalın məlumat verib. Koronovirisla (COVİD-2019) əlaqədar bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən iclasda bu qərar verilib.

İbrahim Qalın bildirib ki, Türkiyədə bütün orta məktəblərdə 16 mart tarixindən 1 həftəlik tətil olacaq, 23 martdan isə şagirdlər 1 həftə ərzində internet və televiziya vasitəsilə təhsillərini davam etdirəcəklər. Ali təhsil müəssisələrinin tələbələri isə 3 həftə tətilə buraxılıb.

Mətbuat katibi deyib ki, ölkə daxilində idman oyunları aprelin sonuna qədər tamaşaçısız keçiriləcək.

  • Əvvəlki

    Koronavirusla bağlı daha bir yalan xəbərin üstü açıldı - “Zarafat idi“ - VİDEO

Digər xəbərlər