USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı oldu

13.03.2020 İqtisadiyyat
0 0
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

"Kommersant.az" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Dövlət başçıları martın 5-də Moskvada Rusiya ilə Türkiyə arasında yüksək səviyyəli görüşün gedişatında nail olunmuş razılaşmaların reallaşdırılması ilə bağlı məsələləri müzakirə ediblər. Prezidentlər İdlibdə gərginliyin azalmasından məmnunluqlarını bildiriblər.

Qeyd edilir ki, tərəflər hər şeydən əvvəl Türkiyə və Rusiya Müdafiə nazirliklərinin döyüş hərəkətlərinin və vəziyyətin sonrakı sabitliyinin möhkəm təminatı üçün birgə işin davam etdirilməsinin əhəmiyyətini təsdiqləyiblər.

Telefon danışığında şəxsi əlaqələr də daxil olmaqla, müntəzəm dialoqu bundan sonra da müxtəlif səviyyələrdə dəstəkləmək razılaşdırılıb.

  • Əvvəlki

    Azərbaycanın Belarusa göndərdiyi neft Ukraynada qəbul olunub

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0