USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranda koronavirus qadağasını pozanlar cəzalandırılacaq

17.03.2020 İqtisadiyyat
0 0
“İranda koronavirusa yoluxduğunu gizlədən şəxslər bir il müddətinə azadlıqdan məhrum olunacaq”.

"Kommersant.az"-ın Tehran bürosunun məlumatına görə, bunu İranın Məhkəmə Sisteminin Cinayətlərin qarşısının alınması və sosial məsələlər üzrə idarədə təhlükəsizliyinin təmini üzrə bölmənin baş direktoru Rza Məsudifər deyib.

O, koronavirus epidemiyasının qarşısının alınmasına dair tövsiyələrə əməl olunmamasını ümumxalq sağlamlığa təhlükə olduğunu və bunu edənlərin cəzalandırılacağını bildirib.

Kütləvi yığıncaqlarda epidemiyanın yayılma ehtimalının çox olduğunu deyən R.Məsudifər bildirib ki, sərgilər, satış yarmarkaları və mağazalar virusun yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görməsələr, həmçinin Səhiyyə Nazirliyinin gösətrişlərinə əməl etməsələr, Tehran Tibb Universiteti və Səhiyyə Nazirliyinin şikayəti əsasında həmin müəssisə və mağazalara qarşı cəmiyyətdə kütləvi sağlamlığa təhlükə ittihamı ila cinayət işi açılacaq.

Göstəriş və qaydaları pozanlar İslami Cəza Qanununun 688-ci maddəsi ilə cəzalandırılacaqlar.

  • Əvvəlki

    Türkiyədə koronovirusa yoluxma sayı 47-yə çatıb

Digər xəbərlər