USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koronavirusun “zəif yeri” tapıldı

18.03.2020 İqtisadiyyat
0 0
Çinli alimlər koronavirusun insan orqanizminin hüceyrələrinə daxil olmasının yeni yolunu müəyyən ediblər. Mütəxəssislərin fikrincə, virusun zəif yeri sayılan bu mexanizmin kəşfi effektiv dərmanların hazırlanmasına kömək edəcək.

Bununla bağlı elmi işin nəticələri "bioRxiv" nəşrində dərc olunub.

Bildirilir ki, SARS-CoV-2 hüceyrələrin səthindəki CD147 reseptoruna bağlanaraq hüceyrələrə hücum edir. Virus əleyhinə "In vitro" testləri göstərib ki, "meplazumab" (CD147 anticisimləri əsasında hazırlanan preparat) virusların hüceyrələrə nüfuz etməsinə əhəmiyyətli dərəcədə mane olur.

Virus özünün SP zülalından istifadə edərək hüceyrələrə bağlanır. Bu immunoelektron-mikroskopik tədqiqatlarla öz təsdiqini tapıb.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Kristian Lindmayer "paracetamol"un COVID-19 əlamətlərinə qarşı bir vasitə kimi qəbulunu tövsiyə edib.

  • Əvvəlki

    Prezident Administrasiyasında yaradılan yeni sistem icra orqanlarına nəzarəti gücləndirir - VİDEO

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0