USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin koronavirus yayılan ölkələrə yardım təklif etdi

19.03.2020 İqtisadiyyat
0 0
"Çin digər ölkələrə COVID-19 pandemiyası ilə mübarizədə müxtəlif vasitələrlə kömək etməyə hazırdır. Rəsmi Pekin ən çətin dövrdə digər dövlətlərin dəstəyini heç vaxt unutmayacaq”.

"Kommersant.az" yerli KİV-ə istinadən bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan deyib.

XİN rəsmisi bildirib: "Çin öz ərazisində koronavirusla mübarizə aparır və eyni zamanda COVID-19-a qarşı beynəlxalq səylərdə fəal iştirak edir. Bununla bağlı müvafiq ölkələrə və beynəlxalq təşkilatlara yardım göstərdik. Çinin ən çətin (epidemik) vəziyyətdə olduğu zaman beynəlxalq birlik bizə siyasi dəstək verdi, 79 ölkə və 10 beynəlxalq təşkilat bizə kömək etdi. Bunları heç vaxt unutmayacağıq".

Onun sözlərinə görə, Çin artıq bir neçə ölkəyə, o cümlədən İran, Pakistan, Laos, Tayland, Yaponiya, Cənubi Koreya və Afrika ölkələrinə tibbi məhsullar formasında yardım çatdırıb.

Diplomat bildirib ki, Çin Ümumdünya Səhiyyə Təşkilatına 20 milyon dollar yardım ayırıb və imkanları daxilində İtaliya, Fransa, Yunanıstan, İspaniya, Serbiya, Kamboca, Filippin, Misir, İraq, Cənubi Afrika, Qazaxıstan, Efiopiya, Belarus, Çili və Kubada pandemiya ilə mübarizə aparmağa kömək edəcək. Çin hökuməti dost ölkələrə tibbi ləvazimatların alınmasında kömək edəcəyinə söz verib.

"Çin tibb mütəxəssislərini İran, İraq, İtaliyaya göndərib, mütəxəssislərimiz video konfranslar vasitəsilə bir sıra ölkələr və ÜST ilə təcrübələrini bölüşürlər",-deyə Q. Şuan vurğulayıb.