USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə koronavirusdan ölənlərin sayı 300-ə çatır

02.04.2020 İqtisadiyyat
0 0
Türkiyədə son bir gündə 2 148 koronavirusa yoluxma faktı qeydə alınıb.

"Kommersant.az" xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 15 679 nəfərə çatıb, ölənlərin sayı isə 63 nəfər artaraq 277 nəfərə yüksəlib.

Nazir deyib ki, hazırda pasiyentlərdən 979-nun vəziyyəti ağır, 692 nəfərin vəziyyəti isə orta-ağırdır.

F.Koca həmçinin indiyədək 333 nəfərin sağaldığını da vurğulayıb.

O deyib ki, ən çox yoluxma hadisəsi İstanbulda qeydə alınıb - 8 852.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 903 800-ü ötüb. Bunların 190 684 nəfəri sağalıb, 45 335 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.