USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatıb

03.04.2020 İqtisadiyyat
0 0
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölüm sayı 356 nəfər olub.

"Kommersant.az" xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirus haqqında gündəlik məlumat verən https://covid19.saglik.gov.tr/ saytına istinadla paylaşdığı məlumatlarında bu barədə bildirilib.

Nazir qeyd edib ki, bu gün daha 79 koronaviruslu xəstə ölüb və son 24 saatda 18 757 şübhəli koronavirus testindən keçib, onlardan 2456-nın cavabı pozitiv çıxıb.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 18 135-ə çatıb.