Bu gün Türkiyədə koronavirusdan daha 75 nəfər ölüb.
"Kommersant.az" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, son 24 saatda koronavirus testindən keçən 21 400 nəfərdən 3148-nin cavabı pozitiv çıxıb.
Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 649 nəfər ölüb, 30 217 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1415-nin vəziyyəti ağırdır, 1326 nəfər isə müalicə olunub. Bu gün daha 284 nəfər müalicə olunub.