USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən çox qazanan idmançıların siyahısı açıqlandı

08.06.2018 İqtisadiyyat
0 0
"Forbes" dünyanın ən çox qazanan idmançılarını müəyyənləşdirib

"Kommersant" xəbər verir ki, siyahıya məşhur boksçu Floyd Mayvezer başçılıq edir. O, 285 milyon dollarlıq gəlirlə son bir ildə ən çox qazanan idmançıdır. Amerikalı boksyor keçən il irlandiyalı Konor Makqreqorla qarşılaşmasından bir ildə əldə etdiyi gəlirlə, ən çox qazanan idmançılar arasında siyahıda son 7 ildə 4 dəfə birinci yerdə qərarlaşıb.

Ən çox qazanan idmançılar arasında ikinci yeri "Barselona" klubunun və Argentina millisinin futbolçusu Lionel Messi tutur. Onun 1 ildəki gəliri 111 milyon dollar olub.

"Forbes" –in 3-cü pilləsində "Real Madrid " klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu qərarlaşıb. O, 1 il ərzində 108 milyon dollar qazanıb.

Qeyd edək ki,siyahıda qadın idmançıların adı yer almayıb.

  • Əvvəlki

    "Azinvestkredit" BOKT-un rəhbəri vəzifəsindən azad edilib

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0