USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ÜST nümayəndəsindən COVİD-19-un nə vaxt bitəcəyi sualına - CAVAB

08.04.2020 İqtisadiyyat
0 0
“Dünyada koronavirus pandemiyasının sonunu təxmin etmək hələ tezdir, iki həftədən sonra bu mövzu barədə danışmaq mümkün olacaq”

"Kommersant.az" APA-ya istinadən xəbər verir ki, bunu Dünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç "Rossiya-1" telekanalında COVİD-19-un nə vaxt bitəcəyinə dair sualı cavablandırarkən deyib.

O bildirib ki, hazırda müxtəlif ölkələrdə xəstəliyin aradan qaldırılması məqsədilə analizlər və modelləşdirmə işləri aparılır: "Xəstəliyin yükünün azaldılması üçün mümkün vasitələrdən istifadə etməliyik. Hər şey görülən tədbirlərdən və virusun əhalidən necə keçməsindən asılı olacaq. Bəlkə də bu barədə iki həftədən sonra danışmaq mümkün olacaq".

Koronavirus əleyhinə dərmana gəldikdə, ÜST nümayəndəsi qeyd edib ki, hazırda klinik araşdırmalar aparılır: "Bu günədək koronavirus infeksiyasına qarşı 20 namizəd peyvənd hazırlanıb. Onların klinik araşdırması davam edir".

  • Əvvəlki

    Korrupsiya idarəsi şirkət rəhbərini həbs etdi

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0