USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Trampın maliyyə dəstəyinin dayandırılması ÜST-ü təəssüfləndirib

16.04.2020 İqtisadiyyat
0 0
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus ABŞ Prezidenti Donald Trampın qərarından təəsüfləndiyini deyib.

O, bu barədə ÜST-ün gündəlik mətbuat brifinqində deyib.

"ABŞ ÜST-ün uzunmüddətli və səxavətli dostu olub və biz ümid edirik ki, bu, belə olmağa davam edəcək. Biz ABŞ Prezidenti Donald Trampın ÜST-ə maliyyə dəstəyinin dayandırılması qərarından təəssüflənirik", o deyib.

ÜST-ü baş direktoru bildirib ki, təşkilat hər zaman həm vətəndaşlara həm ABŞ hökumətinə dəstək verib.

"ÜST dünyanın ən kasıb və həssas ölkələrinin və insanların səhiyyəsi və sağlamlığı üçün çalışır. ÜST yalnız COVD-19-a qarşı deyil, digər xəstəliklərə qarşı mübarizə aparır. Biz dünyanın müxtəlif ölkələrinin səhiyyə sistemlərinin inkişafına dəstək veririk", Tedros Adanom Gebreyesus qeyd edib.

Baş direktor hər hansı maliyyə ehtiyacı ilə üzləşilməməsi üçün təşkilatın öz həmkarları ilə müzakirələr aparacağını deyib.

"Bütün insanlara xidmət etmək öhdəliyimiz mütləq olaraq qalır. Bizim missiyamız iqtisadiyyatın gücündən və ya əhali sayından asılı olmayaraq dünyanın bütün ölkələri ilə bərabər şəkildə işləməkdən ibarətdir.

COVID-19 xalqlar, insanlar arasında etnik mənsubiyyətinə, dininə, ideologiyalarına görə, ölkələr arasında isə iqtisadiyyatının gücünə və əhali sayına görə diskriminasiya etmir. Biz də həmçinin. bu virusla mübarizə əməkdaşlıq tələb edir. Hamımızın ümumi düşmənə qarşı birləşmək vaxtıdır", – Gebreyesus vurğulayıb.

  • Əvvəlki

    Dollar 7 lirəyə yaxınlaşdı

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0