USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş həkim koronavirus xəstəxanasındakı vəziyyəti "kabus" adlandırdı

24.04.2020 İqtisadiyyat
0 0
Amerikanın Yonkers şəhərində (New York) yerləşən böyük bir tibb mərkəzində təcili tibbi yardım maşınının baş həkimi COVID-19 xəstələrinin çoxsaylı ölümlərindən danışıb.

"Kommersant.az" xəbər verir ki, Dr Antoni Leno koronavirusa yoluxanların xəstəxanasında baş verənləri kabusla müqayisə edib: "Siz hətta nə qədər xəstəmiz olduğunu təsəvvür edə bilməzsiniz. Mənim növbələrimdən birində altı nəfər bir anda öldü", - həkim deyib və üzvləri kiçik evlərdə birlikdə yaşayan böyük ailələrdə SARS-CoV-2 ilə yoluxanları təcrid etməyin çətin olmasından şikayətlənib, çünki bu şəraitdə bütün ailə dərhal yoluxur.

Onun sözlərinə görə, onun çalışdığı klinikaya ailəlikcə və ya dost-tanış qrupları şəklində gəlir və elə hallar da olur ki, eyni ailədən yoluxanlar bir neçə gün fərqlə ard-arda ölürlər.

Öz növbəsində, koronavirusa yoluxan baş tibb bacısı Marqaret Kusumano tibb işçiləri üçün yorucu və çox stresli bir dövrün gəldiyini vurğulayıb.

"İnsanların necə əzab-əziyyət çəkdiyini, xəstəliyin onları necə məğlub etdiyini görürsən. Bu, adamlara yalnız psixoloji deyil, həm də fiziki cəhətdən təsir edir", - həkim deyib.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyası ilk dəfə Çinin mərkəzi Vuhan şəhərində 2019-cu ilin dekabr ayının sonunda qeydə alınıb.

  • Əvvəlki

    "Məktəblər və digər müəssisələrin açılmasının əleyhinəyəm" - Baş infeksionist

Digər xəbərlər