USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Amerikalı həkimlər koronavirusu aşkar etməyin yeni yolunu tapdı

24.04.2020 İqtisadiyyat
0 0
Amerikalı həkimlər koronavirus infeksiyasının qeyri-rəsmi olaraq "koronavirus barmaqları" adı verilən yeni bir simptomunu aşkar edib.

"Kommersant.az" xəbər verir ki, simptom xəstənin ayaq barmaqlarında mavi və ya bənövşəyi rənglərin meydana gəlməsidir.

"USA Today"in məlumatına görə, Pensilvaniyada həkimlər barmaqlarda koronavirus simptomu ilə üzləşiblər. Pensilvaniya Tibb Məktəbi Universitetinin yoluxucu xəstəliklər kafedrasının müdiri Ebbinq Lautenbaxın sözlərinə görə, xəstələrdə COVID-19 başqa təzahürləri olmadığı üçün bu simptom əvvəlcə həkimləri xeyli çətinə salıb. Beləliklə, həkimlər "koronavirus barmaqlarının" yoluxmanın ilk əlaməti ola biləcəyinə dair nəticəyə gəliblər.

"Bu, xəstəliyin erkən mərhələsində meydana gələn bir təzahürdür. Yəni əvvəlcə sizdə bu əlamət görünür, sonra xəstəliyə doğru irəliləyir. Bəzən bu, digər simptomlar olmadıqda xəstənin COVİD-19-un olması barədə ilk ipucu ola bilər", - Lautenbax deyib.

Bəzi yoluxmuş insanlarda barmaqlar 7-10 gün ərzində mavi olur, digərlərində isə xəstəliyin tipik tənəffüs simptomları görünməyə başlayır. Lautenbaxa görə, bu fenomenin mümkün izahlarından biri budur - infeksiyaya lokal iltihablı bir reaksiya və ya qan damarlarının tıxanması.

Lautenbax yeni bir simptomun yaşlı xəstələrə nisbətən gənclər və uşaqlarda daha çox müşahidə edildiyini qeyd edib. Onun fikrincə, bu, gənc orqanizmin daha güclü immunitet sisteminə malik olması ilə bağlı ola bilər.

Maraqlıdır ki, xəstəliyin bu təzahürü ilə ilk qarşılaşan Amerika həkimləri deyil. Lautenbax mart ayında italiyalı həmkarlarının da qəribə bir simptom aşkarladığını bildirib. Bundan sonra amerikalı həkimlər bunu həmyerliləri arasında getdikcə daha çox müşahidə etməyə başlayiblar.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Yel Universitetinin mütəxəssisləri göz qızartılarının da koronavirus infeksiyasından xəbər verə biləcəyini bildirmişdilər.

  • Əvvəlki

    Qərargah: “İcazələrin müddəti 2 saatdan 3 saatadək artırılır”

Digər xəbərlər