USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranda daha 78 nəfər koronavirusdan ölüb

06.05.2020 İqtisadiyyat
0 0
İranda ötən sutka ərzində daha 1 680 nəfərin koronavirusa (COVID19) yoluxması öz təsdiqini tapıb.

Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, beləliklə indiyədək İranda bu virusa yoluxanların sayı 101 650 nəfərə çatıb. Onlardan 2 735 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi bildirib ki, ötən 24 saat ərzində daha 78 nəfərin ölməsi ilə İranda koronavirusdan ölənlərin sayı 6 418 nəfərə yüksəlib.

Cahanpur deyib ki, indiyədək ölkədə 81 587 nəfər infeksiyadan sağalıb.

Qeyd edək ki, İranda koronavirus diaqnozu ilə əlaqədar 531 mindən çox test həyata keçirilib.

  • Əvvəlki

    Sahil Babayev: Cari ilin ilk 4 ayı DSMF-nin daxilolmaları 39,6 faiz artıb

Digər xəbərlər