USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Marneulidə məhdudiyyətlər qaldırılır

07.05.2020 İqtisadiyyat
0 0
Mayın 18-dən Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda koronavirusa görə tətbiq edilən məhdudiyyətlər götürüləcək.

Bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Agentliyinin iclasında bildirib.

O bildirilib ki, rayona giriş-çıxış həmin tarixdən etibarən tam açılacaq.

Baş nazir həmçinin qeyd edib ki, mayın 11-dən Tbilisiyə giriş-çıxış, 14-dən isə Rustavi şəhərinə və Qardabani rayonuna giriş-çıxışa icazə veriləcək.

"Məhdudiyyətlərin qismən götürülməsindən sonra da ölkə ərazisində komendant saatının tətbiqi davam edəcək", - deyə G. Qaxaria bildirib.

  • Əvvəlki

    İşdən qovulan icra başçılarının ordenləri də - GERİ ALINACAQ?..

Digər xəbərlər