USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə koronavirusdan ölənlərin sayı kəskin azaldı

09.05.2020 İqtisadiyyat
0 0
Türkiyədə son 24 saat ərzində daha 48 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

"Kommersant.az" xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 689 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 848 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 135 569 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən sutka ərzində sağalanların ümumi sayı 86 396 nəfər təşkil edir.