USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp qubernatorlara səsləndi: “Məktəbləri açın”

14.05.2020 İqtisadiyyat
0 0
ABŞ Prezidenti Donald Tramp ölkədə koronavirusun yayılmasına baxmayaraq, ştatların qubernatorlarını məktəbləri açmağa səsləyib.

Dövlət başçısı Ağ Evdə Kolorado və Şimali Dakota qubernatorları ilə görüşdən sonra jurnalistlərə açıqlama verib:

"Düşünürəm ki, qubernatorlar mütləq məktəbləri açmalıdırlar. Virus gənclərə az təsir edir. 65 yaşdan yuxarı müəllimlər özlərini qorumaq istəyə bilər, amma düşünürəm ki, məktəblər tezliklə mütləq açılmalıdır".

ABŞ Nümayəndələr Palatasına təqdim edilən virusla mübarizə üçün yeni üç trilyon dollarlıq iqtisadi təşviq paketi ilə bağlı Tramp qeyd edib ki, bu təklifi dəstəkləməyəcək və o, Senatdan keçməyəcək.