USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyada koronavirusa yoluxanların sayı 4,5 milyonu ötdü

16.05.2020 İqtisadiyyat
0 0
Dünyada koronavirusdan 304 mindən çox insan ölüb.

"Kommersant.az" xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanları, KİV və başqa mənbələrlə hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Universitetin məlumatına görə, dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 4,5 milyonu ötüb.

"Dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 4 500 476 təşkil edir. COVID-19 yoluxmadan sonra 304 631 insan öldü", - deyə xəbərdə bildirilir.

Ayrı-ayrı ölkələrdə koronavirusdan sağalanların ümumi sayı 1,6 milyon nəfəri ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Əvvəlki

    Türkiyədə koronavirusdan sağalanların sayı 106 mini ötdü - STATİSTİKA

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0