USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

116 ölkə pandemiyanın səbəbini araşdırmaq üçün birləşdi - Çin və ABŞ yoxdur

18.05.2020 İqtisadiyyat
0 0
110-dan çox ölkə dünyada koronavirusun yayılmasının səbəbləri və şərtləri ilə bağlı Avstraliyanın müstəqil araşdırma başlatmaq çağırışını dəstəkləyib.

"Kommersant.az" xəbər verir ki, bu barədə "The Australian" nəşri ölkənin Xarici İşlər naziri Maris Payne istinadən yazıb.

Onun sözlərinə görə, dünya gələcəkdə bu kimi fəlakətlərin qarşısını almaq üçün koronavirusun yayılmasına səbəb olan böhranın şərtləri ilə bağlı suallara cavab tapmaq istəyir. "Baş verənləri müstəqil qiymətləndirməyə ehtiyacımız var", - nazir deyib və bunun yeni bir pandemiyanın qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün ilk növbədə əməkdaşlığı nəzərdə tutduğunu söyləyib.

Avstraliyanın Baş naziri Skott Morrisonun dediyi kimi, istintaq heç bir ölkəni ittiham etmək məqsədi ilə aparılmayacaq. O, əmin edib ki, ölkə hakimiyyəti baş verənləri bir daha təkrarlamamaq üçün işləməyi təklif edir.

Əvvəlcə dünyanın əsas ölkələri - Rusiya, Böyük Britaniya, Hindistan, İndoneziya, Kanada və AB-yə üzv olan bütün 27 ölkə də daxil olmaqla Kanberranın təklifinin lehinə fikir bildiriblər. Daha sonra bir neçə Afrika ölkəsi çağırışa qoşulub. Belə ölkələrin ümumi sayı 116-ya çatıb. Ölkələrin müvafiq qərarı bazar ertəsi günü işə başlayacaq 73-cü Ümumdünya Səhiyyə Assambleyasının qətnaməsində əks olunmalıdır.