USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu kənddə karantin ləğv olunur

19.05.2020 İqtisadiyyat
0 0
Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Bolnisi rayonunun bir sıra kəndlərində mayın 19-dan etibarən sərt karantin məhdudiyyətləri götürülür.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərara əsasən, sabahdan Naxiduri (Arıxlı), Parizi (Muğanlı), Tsurtavi (Kolagir), Daba Tamarisi, Xidiskuri (Həsənxocalı), Muxrana (Daşdıqullar), Balaxauri (Sisqala) və Mtsqneti (Əsmələr) kəndlərində karantin rejimi ləğv ediləcək.

Kəndlərdə Gürcüstanda mayın 22-dək davam edən fövqəladə vəziyyət rejimi çərçivəsindəki digər məhdudiyyətlər qüvvədə qalacaq.

Qeyd edək ki, Bolnisinin Muşevani (Dəllər) və Geta (Aşağı Güləver) kəndləri hələ tam təcrid vəziyyətində qalacaq.