USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Arçelik” 2020-ci ilin I rübü ilə bağlı maliyyə nəticələrini açıqladı

19.05.2020 İqtisadiyyat
0 0
Türkiyənin Arçelik şirkətinin 2020-ci ilin I rübündə xalis mənfəəti 13,4% artımla 255,7 milyon lirə (təxminən 38 milyon dollar-red.) olub. Koronavirus pandemiyasından dolayı isə 2020-ci il ilə bağlı proqnozlar özünü doğrultmayıb.

Arçelik-in KAP-a (cəmiyyəti aydınlatma platforması) göndərdiyi cari ilin ilk rübü nəticələrinə görə, ümumi satış gəlirləri 12,5% artaraq 7,77 milyard lirəyə (1 milyard dollardan çox-red.) çıxıb.

Arçelik koronavirusdan dolayı yaranan vəziyyət və yavaşlamaya görə, fəaliyyət göstərdikləri ölkələrdə tədarük, istehsal, satış ilə bağlı axsamaların ola biləcəyini bildirib. Əlavə edib ki, 2020-ci ilin fevralında elan edilən proqnozlar etibarlı deyil.

Facemark