"Formula 1" üzrə Niderland Qran-prisi bu il keçirilməyəcək.
"Kommersant.az" xəbər verir ki, bu barədə "Formula 1"in rəsmi "Twitter" səhifəsində məlumat paylaşılıb.
Xatırladaq ki, daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub.