USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp Almaniyanı yenə tənqid etdi

25.06.2020 İqtisadiyyat
0 0
"NATO-ya ödəniş etməyən Almaniya qaz üçün Rusiyaya milyardlarla dollar ödəyir".

"Kommersant.az" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp ötən gün polşalı həmkarı Andrey Duda ilə görüşü zamanı deyib. Berlini təşkilata az vəsait ödədiyi üçün tənqid edən Ağ Ev rəhbəri Almaniyadan geri çəkiləcək əsgərlərin Polşaya yerləşdirilə biləcəyini ifadə edib.

"Polşa öhdəliklərini yerinə yetirən nadir ölkələrdən biridir. Əgər əsgərlərimizi ora göndərsək də Polşa buna layiqdir. Almaniya NATO-ya göstərməli olduğu dəstəyin yarısından daha azını verir. Almaniyadakı əsgər sayını 25 minə salacağıq. Bu əsgərlərin bir qismi ABŞ-a qayıdacaq, bir qismi aralarında Polşanın da olduğu digər Avropa ölkələrinə köçürüləcək. Qaz üçün Rusiyaya milyardlarla dollar ödəyən Almaniyanı ruslardan bizmi qoruyacağıq? Polşa həqiqətən möhtəşəm ölkədir. Bildiyim qədər boru xətti ilə Rusiyadan heç qaz almır. Bu, bizim üçün çox açıq siqnaldır".