USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koronavirus səbəbindən 186 jurnalist həyatını itirib

02.07.2020 İqtisadiyyat
0 0
Martın əvvəlindən bəri 35 ölkədə ən az 186 jurnalist yeni növ koronavirus səbəbindən həyatını itirib.

"Kommersant.az" xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində yerləşən Press Emblem Campaign bu barədə məlumat yayıb. Qurumun açıqlamasına görə, ölən mətbuat nümayəndələrinin üçdə ikisi vəzifə başında olduğu zaman xəstəliyə yoluxub. Həmçinin bildirilib ki, iyun ayında ölüm faktı daha çox qeydə alınıb. Belə ki, iyunda 59 jurnalist Covid-19-dan həyatını itirib. Qurum virus səbəbindən media nümayəndələri arasında ölüm hallarının artacağını istisna etmir.

Statistikaya görə, Latın Amerikası ölkələrində 93, Asiyada 34, Avropada 26, Afrikada 19 və Şimali Amerikada 14 jurnalist virus səbəbindən ölüb. Ölkələr üzrə ən çox ölüm faktı isə Peruda (37 nəfər) qeydə alınıb.

Qurum eyni zamanda koronavirusdan başqa son 6 ayda 18 ölkədə 33 jurnalistin öldürüldüyünü də qeyd edib.

  • Əvvəlki

    Belarus səfiri gizlinləri açdı: “Rusiya 2019-da bizə təklif etdi ki...”

Digər xəbərlər