USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İşsizlik artmağa - BAŞLAYIR

10.07.2020 İqtisadiyyat
0 0
Yunanıstanda işsizlik səviyyəsində son 7 il ərzində azalma müşahidə edildikdən sonra yenidən sürətli artıma keçəcəyinə dair narahatlıqlar yaranıb.

Yunanıstanda işsilzik yenidən artmağa başladı.

Yunanıstanın statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, işsizlik aprel ayında 15.5%-ə kimi 1% yüksəlib. Mart ayında işsizlik 14.5%-ə düşmüşdü.

Son 7 ildə ümumi azalma trendi ərzində zamanla artım müşahidə edilsə də ay ərzində qeyd alınan artım dinamikasına görə 1%-lik göstərici ilk dəfə qeydə alınır.

Qeyd etmək lazımdır ki, 2013-cü ilin noyabr ayından etibarən işsizlik azalmağa başlamışdır. Bu müddətə kimi işsizlərin sayı sürətlə artaraq, 30%-ə çatmışdır.