USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ liderləri 750 milyard avroluq korona fondunda razılaşdılar

21.07.2020 İqtisadiyyat
0 0
Avropa İttifaqı liderlərini Brüssel görüşünün beşinci günündə 750 milyard avroluq koronavirus fondunun yaradılması məsələsində razılıq əldə olunub.

"Kommersant.az" xəbər verir ki, Avropa Şurasının prezidenti Çarlz Mişel qərarı sosial şəbəkə hesabında "Razılaşma!" yazaraq elan edib. Daha sonra kameralar qarşısına keçən Avropa Şurasının rəhbəri bu addımın Avropanın tək güc olaraq hərəkət etdiyinin göstəricisi olduğunu bildirib:

"Puldan daha çoxu ilə bağlıdır. Bu, işçilər və ailələri, işləri və sağlamlıqları ilə əlaqədardır".

Fransa prezidenti Emmanuel Makron isə bunu tarixi saziş adlandırıb.

"Müzakirələr zamanı çətinliklər oldu. Xilasetmə planımız və büdcəmizin koronavirus böhranının öhdəsindən gələ biləcəyinə inandım. Mükəmməl bir dünya yoxdur, amma önəmli bir addım atdıq. Xilasetmə planı Avropa üçün tarixi bir dəyişiklikdir", - deyə o, bildirib.