USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Saakaşvili: "Gürcüstanın baş naziri olmağa hazıram"

08.09.2020 İqtisadiyyat
0 0
"Gürcüstanda müxalifətin seçkilərdə qələbə qazanacağı halda ölkənin baş naziri olmağa hazıram”.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili videomüraciətində bildirib.

O, bu vəzifəni tam bir müddətdə deyil, maksimum iki il tutmaq istədiyini deyib: "Əminəm ki, iki il ölkəni bataqlıqdan çıxarmağa və sürətlə irəliləməyə kifayət edəcək".

Sabiq dövlət başçısı Gürcüstana qayıdışının dəqiq tarixini açıqlamayıb və ölkədə narahatlıqlara səbəb olmaq istəmədiyini qeyd edib: "Hakimiyyətə iğtişaşlarla gəlməyə hazırlaşmıram".

Qeyd edək ki, bu gün Gürcüstanın müxalif "Güc birlikdədir" birliyi baş nazir vəzifəsinə M.Saakaşvilinin namizədliyini irəli sürüb.

  • Əvvəlki

    İcbari tibbi sığorta ilə bağlı - DƏYİŞİKLİK

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0