USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin: “Belarusun daxili işlərinə müdaxilə yolverilməzdir”

14.09.2020 İqtisadiyyat
0 0
Rusiya Prezidenti Vladimir Putin Belarusun daxili işlərinə müdaxilə cəhdlərinin yolverilməz olduğunu bəyan edib.

"Kommersant.az" xəbər verir ki, Putin bu barədə Fransa Prezidenti Emmanuel Makron ilə Belarus mövzusunu müzakirə edərkən bildirib.

"Belarus barədə fikir mübadiləsi aparılarkən, bu suveren dövlətin daxili işlərinə müdaxilə cəhdlərinin və qanuni hakimiyyət orqanlarına xarici təzyiqlərin yolverilməzliyinə dair prinsipial Rusiya mövqeyi təsdiqlənib",- deyə rəsmi Moskvanın açıqlamasında qeyd olunub.