USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ÜST dünyada koronavirusdan öləcək insanların sayını açıqladı

26.09.2020 İqtisadiyyat
0 0
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus əleyhinə effektiv peyvəndin kütləvi şəkildə əlçatan olmasından əvvəl dünyada COVID-19-dan 2 milyon insanın öləcəyini istisna etmur.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə təşkilatın Səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan keçirdiyi brifinqdə bildirib.

"Bu, şübhəsizsdir, təsəvvür etmək çətindir, amma bu mümkün deyil. Çünki biz 9 ay ərzində 1 milyon insan itirdik və ən yaxın 9 ayda vaksinin yaranmasına açıq gözlə baxırıq", - deyə o, vaksinin kütləvi əlçatan olacağına qədər insan ölümlərinin sayının 2 milyona çata biləyinə dair suala cavabında deyib.

Onun sözlərinə görə, hazırda xüsusən vaksinin maliyyələşdirilməsində, istehsalında və qiymətləndirilməsində problemlər mövcuddur.

Maykl Rayan eyni zamanda qeyd edib ki, xəstəxanalara yerləşdirilən xəstələr arasında ölüm faizi azalır. Və dünyada insanların ölmələrinə yol verməmək üçün əvvəlki doqquz aydan dərs götürmək imkanları var.

  • Əvvəlki

    İlham Məmmədovun övladlarının avtomobil kolleksiyası üzə çıxdı: “Mercedes”, “Range Rover”

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0