USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Twitter" Tramp və Baydenə qadağa qoydu

03.11.2020 İqtisadiyyat
0 0
“Twitter” ABŞ-da seçki nəticələri rəsmən elan olunana qədər prezidentliyə namizədlərin və bütün sosial media istifadəçilərinin qələbəni bayram etmələrinə qadağa qoyub.

"Kommersant.az" xəbər verir ki, bu barədə şirkətdən bildirilib. "Sosial şəbəkə istifadəçiləri və eləcə də ABŞ prezidentliyinə namizədlər rəsmi elan olunana qədər "Twitter"də qələbə ilə bağlı paylaşım edə bilməzlər", - məlumatda belə deyilir. "Twitter" rəsmiləri yalnız dövlət seçki komissiyasının elanının və ya azı iki etibarlı milli KİV-in proqnozunun qəbul olunacağını vurğulayıblar. Bildiriş həm prezident, həm də konqres seçkilərinə aiddir. Şirkət, həmçinin seçkilərə müdaxilə çağırışlarına sərt yanaşacağını bildirərək, şiddətə təhrik edən yazılar da daxil olmaqla bu cür paylaşımların silinəcəyi ilə bağlı xəbərdarlıq edib.

  • Əvvəlki

    ASA-ya icraçı direktor seçildi - TƏYİNAT

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0